Hajizade Group

Hajizade Group PR və Media sahəsində çalışan şirkətdir. Şirkətimiz 2012 - ci ildən fəaliyyət göstərir. Media sahəsində şirkətimiz əsasən yeni mediayaya üstünlük verir. Məqsədimiz bloq və artıq ənənəvi olmuş online kiv-in simbiozu olan kütləvi informasiya vasitələri yaratmaqdır.
PR sahəsində məqsədimiz hər bir müştəriyə fərdi yanaşıb, keyfiyyətli və onun tələb və ehtiyaclarını ödəyən xidmətin göstərilməsidir.
Həmçinin Hajizade Group PR və Media sahəsində sosial layihələrin həyata keçirilməsində də iştirak edir. Şirkətin baş direktoru KİV və PR texnologiyalar üzrə mütəxəssis Əli Hacızadədir.
Baş direktorla əlaqə saxlamaq üçün gd@hajizadegroup.com
Digər məlumatlar üçün info@hajizadegroup.com elektron poçt ünvanından istifadə edə bilərsiniz. Şirkətin müştəriləri və tərəfdaşları arasında ölkənin aparıcı mobil rabitə operatorları, lyuks geyim markaları və İctimai təşkilatlar mövcuddur.

*Müştərinin istəyi olarsa Hajizade Group onun anonimliyinə və müştəri üçün görülmüş işin və ya ona verilmiş konsultasiyanın tam məxfiliyini təmin edir.