PR schoolAzərbaycanda və dünyada İctimaiyyətlə əlagələrə (Public Relation) olan marağı, eləcə də ölkəmizdə bu sahənin mütəxəssislərinə olan ehtiyacı nəzərə alaraq İrəli İctimai Birliyi və Hajizade Group şirkəti “PR School” layihəsinə start verir.

Bu layihənin məqsədi PR-la maraqlanan 25 nəfər ən layiqli namizədə İctimaiyyətlə Əlagələr haqqında təlimlər keçmək, onlara bu sahədə lazım olan təməl bilgiləri verməkdir.

Təlimlər zamanı ölkənin bir sıra tanınmış və təcrübəli PR və marketinq mütəxəssisləri eləcə də media nümayəndələri təlim keçəcək. Şagirdlər PR haqqında məhz PR-la məşğul olan mütəxəssislərdən maksimal dərəcədə çox məlumat əldə etmək şansına malik olacaqlar. Layihə bitdiyində iştirakçılara sertifikatlar təqdim olunacaq.

Qeyd edək ki, “PR Məktəbi”nin şagirdləri tələbələrdən ibarət olacaq, üstünlük əsasən sosial aktiv gənclərə veriləcək. Hesab edirik ki, “PR School” sosial aktiv, müasir gənclər üçün gələcək peşələrini seçməyində yardım edəcək, həttda onlar bu sahə üzrə çalışmasalar da, burada qazanılmış biliklər və təcrübə onlara faydalı olacaq.

“PR School”da iştirak etmək istəyənlər www.ireli.az saytında onlayn formanı doldurub göndərməlidirlər, onlayn formaların qəbulu sentyabrın 10-na kimi davam edəcək. Sentyabrın 16-da “PR Məktəbi”nin iştirakçılarının adları elan ediləcək.

Layihədə iştirak etmək üçün onlayn formanı doldurmanız lazımdır http://ireli.az/announcements/20130902092624989.html

www.ireli.az

www.hajizadegroup.com