11 may 2014 – cü il tarixdə saat 12.00 – da Park Bulvar ticarət mərkəzində #Magnebition adlı Instagram fotolarından ibarət sərgi keçiriləcək.
Sərginin təşkilatçıları Hajizade Group, Park Bulvar və Cool Agency – dir. Sərginin baş sponsorları Samsung və İntegral Plus dükanlar şəbəkəsidir.
Sərginin geyri-adiliyi ondan ibarətdir ki, bütün fotolar maqnitlərin üzərində olacaq və metal lövhələrdə yer alacaq.
Sərgi üçün fotolar azərbaycanlı istifadəçilərin Instagrama #Aztagram və #Magnebition haştaqı ilə yüklənmiş fotolarından seçiləcək. Öz fotolarını sərgidə görmək istəyən Instagram istifadəçiləri 17 aprel – 8 may tarixlərində #followmeto #magnebition və #aztagram haştaqları ilə Azərbaycanın gəzməli-görməli yerlərinin fotolarını yükləməlidirlər.
Bu il Murad Osmanın müəllifi olduğu #followmeto üslubunda olan fotolara üstünlük veriləcək. Əsas meyyar odru ki, fotolar Azərbaycanla bağlı olmalıdır, bundan əlavə şəxsi (#selfie) fotolar da gəbul olunacaq, bu fotolar üçün ayrıca lövhə ayrılacaq.
Qeyd edək ki, sərgilənəcək fotoların müəllifləri sərgi gününün sonunda öz fotolarını özləri ilə apara biləcəklər, bu maqnitlər onlara hədiyyə olunacaq.
Həmçinin aktiv müəllifləri əlavə hədiyyələr də gözləyir bu hədiyyələr sərginin açılışında onlara təqdim olunacaq. Sərginin rəsmi fotomüxbiri istedadlı fotoqraf Kənan Məcidovdur.
Bundan əlavə Facebook-da sərginin Eventinə qoşula bilərsiniz
https://www.facebook.com/events/238219253035233/
Sərgidə iştirak etmək üçün müəlliflərin hesabları “public” olmalıdır.
Sərgini dəstəkləmək üçün, sərginin posterini öz Instagram hesabınıza #magnebition və #aztagram haştaqları ilə yükləyə bilərsiniz.
Qeyd edək ki, keyfiyyətsiz, üstündə yazı və ya loqotip olan, habelə reklam xarakterli foto və ya posterlər sərgidə iştirak üçün gəbul olunmayacaq.
Əlavə məlumat üçün info@hajizadegroup.com elektron poçt ünvanından istifadə edə bilərsiniz.
Stay In Touch