poster13-14 aprel 2013-cü il tarixində Müasir İncəsənət Mərkəzində «Instasərgi» adlı böyük Instagram sərgisi keçiriləcək. Sərgi Azercell mobil operatorunun baş sponsorluğu, Integral Plus telefon mağazalar şəbəkəsinin sponsorluğu, Çudo Peçka mağazalar şəbəkəsi və Manpası layihəsinin dəstəyi ilə keçirilir. Sərginin təşkilatçıları Aztagram layihəsi və Hajizade Group şirkətidir.
Sərgiyə şəkil göndərmək üçün istifadəçilər Azərbaycana aid olan və yaxud şəxsi şəkillərini #instasergi və #aztagram açar sözləri ilə Instagram hesablarına yükləməlidirlər. Şəxsi şəkillər üçün sərgi məkanının 2-ci mərtəbəsində xüsusi otaq ayrılacaq. Sərgidə şəkillərini görmək istəyən iştirakçılar, sərginin xüsusi informativ posterini öz hesablarında bölüşməlidirlər. Poster: http://farik.us/aztagram/poster.jpg

Sərgi hazırlığı zamanı baş sponsor Azercell mobil operatoru «I Love Azercell» adlı müsabiqə elan edir. Müsabiqəyə qoşulmaq üçün 19 mart — 7 aprel 2013-cü il tarixləri arası iştirakçılar «I Love Azercell» mövzusunda şəkil çəkib, #ILoveAzercell açar sözü ilə Instagram hesabına yükləməlidirlər. Çəkilən şəkillərdə Azercell loqosunun olması vacibdir. Bu şirkətin hər hansısa bir məhsulu və yaxud loqosu olan məkan, üzərində Azercell loqosu olan müxtəlif geyim və digər məhsullar da ola bilər.

13-14 aprel 2013-cü il tarixlərində keçiriləcək sərgidə, Instagram bazasında #ILoveAzercell açar sözlü ən çox bəyənilmiş (“like” yığmış) Instagram şəkil sahibi qalib hesab olunacaq və Azercell şirkətindən hədiyyə qazanacaq!

Eləcə də, sərginin sponsoru olan Integral Plus telefon mağazalar şəbəkəsi «Optimist ol» adlı müsabiqə elan edir! Müsabiqəyə qoşulmaq üçün 19-31 mart 2013-cü il tarixləri arası iştirakçılar «Optimist ol» mövzusunda şəkil çəkib, #integralplus açar sözü və @integral_plus şirkətini teq edib Instagram hesabına yükləməlidirlər.

İştirakçı #integralplus açar söz olan şəkili Instagram sistemə yüklədikdən sonra, sistem daxilində «bəyəndim» (like) sayını dostları köməyi ilə artırmalıdır. 13-14 aprel 2013-cü il tarixlərində keçiriləcək sərgidə, Instagram bazasında #integralplus açar sözlü ən çox «bəyəndim» (like) yığmış 20 şəkil sərgidə xüsusi çərçivədə təqdim ediləcək.

Sərgi qonaqları birbaşa sərgi zalında xüsusi nömrələnmiş 20 şəkilə, onlara təqdim olunmuş talonlara ən keyfiyyətli və gözəl şəkilin nömrəsini yazaraq şəffaf qutuya atacaqlar. 13 aprel tarixində ən çox səs toplamış iştirakçı, sərginin ikinci günü Integral Plus telefon mağazalar şəbəkəsindən «Samsung Galaxy Camera» hədiyyəsini alacaq.

poster

Diqqətinizə çatdıraq ki, keyfiyyətsiz, üzərində ad və yaxud loqo olan şəkillər qəbul edilməyəcək.

Sərginin rəsmi Facebook tədbir səhifəsi: https://www.facebook.com/events/278734498926289
Instagram Azerbaijan səhifəsi: https://www.facebook.com/InstagramAzerbaijan