“Finance Time” saytı “Hajizade Group”-un baş direktoru Əli Hacızadə ilə müsahibəni yayıb, bu müsahibəni sizə təqdim edirik;
Əli bəy şirkətiniz nə vaxt fəaliyyətə başlayıb və fəaliyyətinin əsas istiqamətləri hansılardır?
Şirkətimiz 2012 – ci ildən fəaliyyət göstərir, fəaliyyət istiqamətlərimiz kifayət qədər çoxşaxəlidir, Kütləvi İnformasiya vasitələri, İctimaiyyətlə əlagələr, Social Media Marketing, Korporativ sosial məsuliyyət və sair.
– Hansı istiqamət sizin üçün daha çox prioritet təşkil edir?
Sözün düzünü desəm, qeyd etdiyim hər istiqamət prioritetlərə daxildir, fəqət hal-hazırda Social Media Marketing və Korporativ sosial məsuliyyət daha çox prioritetlidir.
– Azərbaycan şirkətləri və umumiyyətlə biznes qurumları Korporativ sosial məsuliyyətə yanaşmada xarici həmkarlarından nə ilə fərqlənir? Hansı üstünlükləri və ya mənfi cəhətləri vardır?
İlk olaraq onu deyim ki, bu istiqamət bizim şirkətlər üçün hələ ki, yeni bir istiqamətdir. Bu sahədə şirkətlərə konsultasiya və yardım edə biləcək mütəxəssislər və xüsusi şirkətlər kifayət qədər azdır. Yerli şirkətlər bəzən Korporativ sosial məsuliyyəti yalnız internatlara və uşaqlar evlərinə bayramdan-bayrama gedib yardım göstərməkdə görürlər. Bu tip tədbirlər isə bu sahədə görülə biləcək ən bəsit ən primitiv və ən ucuz tədbirlərdi. Həmçinin onu da deyim ki, şirkətlər çox vaxt çalışır ki, KSM-ə dair layihəni və ya tədbiri onların öz işçiləri hazırlasın, ideyanın verilməsindən tutmuş onun icrasına qədər, bu da əksər hallarda keyfiyyətsiz olur. Bunun da obyektiv səbəbləri var, çünki o insanlar sadəcə olaraq KSM üzrə təcrübələri və bilikləri olmayan insanlar olur.
Ancaq bununla bərabər bir neçə iri yerli şirkətin həyata keçirdiyi uğurlu KSM layihələri də mövcuddur.
– Bəs Social Media Marketing sahəsində yerli şirkətlərdə vəziyyət necədir?
Bu sahədə KSM – dən fərqli olaraq vəziyyət nisbətən yaxşıdır. Amma diqqətlə nəzər salsaq, keyfiyyətli kontentin və təcrübəli mütəxəssislərin sayının az olmasını görərik. Bəzi şirkətlərin marketinq mütəxəssisləri hesab edir ki, Facebook sosial şəbəkəsində səhifə yaratmaq və orada hərdən-bir hər hansı isə bir məlumatla paylaşmaq artıq kifayətdir. Qeyd edim ki, bu kökündən səhv bir yanaşmadır, Facebook, Instagram, Youtube, Twitter hər bir sosial şəbəkənin öz üstünlüyü və biznesinizə verə biləcəyi faydası var.
Bəzən isə dövriyyələri on milyonlarla manat olan yerli şirkətlər SMM – də qanaət etmək üçün, sosial şəbəkələrdəki korporativ hesablarının idarəsini tələbələrə tapşırır. Çünki tələbələr SMM mütəxəssisdən və ya bu sahə ilə məşğul olan şirkətdən fərqli olaraq çox ucuz bir qiymətə çalışır. Nəticədə görülən iş də kifayət qədər keyfiyyətsiz və nizamsız olur.
Həmçinin qeyd etmək lazımdır ki, bu tip fəaliyyət Azərbaycan üçün kifayət qədər yeni olduğundan, inanıram ki, vaxt keçdikcə bu işlər öz yoluna düşəcək.
– Bildiyimizə görə siz bəzi Rusiya KİV – lərinin ekspertlər qrupunun üzvüsünüz və orada tez-tez məqalələriniz çıxır və Rusiyanın elektron KİV – lərində çıxış edirsiniz, Rusiyada İctimaiyyətlə əlagələr sahəsində hansı problemlər və ya müsbət tendensiyalar var?
Bilirsiz Rusiya böyük ölkədir, böyük ölkə, böyük imkanlar deməkdir. Bu böyük imkanlar hər sahəyə aiddir, həmçinin İctimaiyyətlə əlagələr sahəsinə. Əlbətdəki, Rusiyada bu sahədə kifayət qədər problem var, amma bununla bərabər bu problemləri həll edə biləcək mütəxəssislər və ya həlləri təklif edə biləcək şirkətlər də var. Rusiyada bu sahə bizə nisbətən daha yaxşı inkişaf edib və hesab edirəm ki, bizim mütəxəssislər və şirkətlər oradakı həmkarlarından çox şey öyrənə bilər.
– Hajizade Group Azərbaycanda bir neçə ilkə imza atıb bu əsasən Instagram və Twitter sosial şəbəkələri ilə bağlı olub, bu sahədə yeni bir layihəniz və ya tədbiriniz varmı?
Bəli ilklərimiz olub, indi bir layihə üzərində çalışırıq, sosial şəbəkələrlə bağlı deyil, informasiya ilə bağlı bir layihədir, çalışacağıq ki, ilin sonuna kimi bitirib ictimaiyyətə təqdim edək.
– Sizin fikrinizcə hər hansı bir sahədə uğur əldə etmək üçün nə lazımdır?
Hesab edirəm ki, ilk növbədə insan nə istəyini bilməlidir, qısa müddətli və uzunmüddətli məqsədlərinin nə olduğunu bilməlidir ora gedən yolu bilməlidir. Nə istədiyini bilən insan uğura yaxın olan insandır, çünki nə istədiyini bilmək işin yarısıdır.
Bununla yanaşı öz işinin mütəxəssisi olmalısan, uğurlara və məqsədlərinə nail olduqca bir yerdə durmamalısan daim özünü və ətrafdakıları inkişaf etdirməlisən.
Stay In Touch