Bütün dünyada kifayət qədər populyar olan Twitter sosial şəbəkəsi, sosioloqların, alimlərin və bizneslə məşğul olan insanların diqqətini çəkir.
Hajizade Group şirkətinə məxsus olan www.aztwi.com saytı Twitter-in Azərbaycan seqmentinin araşdırılması, habelə gündəlik, trendlərin, aktiv istifadəçilərin və sair məlumatların müəyyənləşdirilməsi ilə məşğul olan yeganə Azərbaycan resursudur.
Sizə Aztwi-nin qapalı statistikası əsasında Azərbaycanın Bank-Maliyyə sisteminə həsr olunmuş kiçik araşdırmanı təqdim edirik.
Araşdırmamız 2013-14 – cü illəri əhatə edir. Belə ki, Aztwi-nin statistik məlumatlarına əsasən ümumilikdə maliyyə və bank mövzusunda bu vaxt ərzində 6 minə yaxın istifadəçi toplam 17500 də çox tvit yazıb.
Aşağıda daha dəqiq rəqəmləri təqdim edirik;
Bank – 7462 tvit – 1714 istifadəçi
Maliyyə – 4330 tvit – 1358 istifadəçi
Borc – 2862 tvit – 1261 istifadəçi
Kredit – 1905 tvit – 709 istifadəçi
Əmanət – 961 tvit – 502 istifadəçi
Qeyd edək ki, Twitter-da yalnız bir neçə yerli bank müəyyən aktivlik göstərir. Banklar bunu burada digər sosial şəbəkələrə nisbətən daha az insanın olması ilə izah edir. Lakin araşdırmalar göstərir ki, Twitter auditoriyası kəmiyyət baxımından az olsa da keyfiyyət baxımından çox – çox üstündür.
Hajizade Group
Stay In Touch