Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı “Hajizade Group” şirkəti ilə birlikdə “PR MƏKTƏBİ” layihəsini həyata keçirəcəkdir. Bu layihə PR menecment sahəsində bacarıqlı kadrların üzə çıxarılmasına yönəlmişdir.
Layihə çərçivəsində 20 nəfər iştirakçı seçiləcək.
Təlimlər həftənin şənbə və bazar günləri hər gün 4 saat keçiriləcək. Ümumilikdə 40 saat ərzində iştirakçılar PR menecmentin sirlərinə yiyələnəcəklər.
Kursu bitirən tələbələr sertifikatla təmin olunacaq. İştirakçılar arasında fərqlənənlər isə işlə təmin olunacaqdır.
Stay In Touch