default3Sentyabrın 7-si Park İnn otelində Hajizade Group şirkətinin təşkilatçılığı ilə Azərbaycanda Twitter sosial şəbəkəsinə aid ilk tədbir (seminar) keçirildi. Hajizade Group-un bu ilin aprel ayında keçirdiyi Azərbaycanda ilk Instagram sərgisindən sonra keçirilən tədbir yenə də bu sahədə ilklərdən biri oldu.

Seminarda məruzəçi qismində marketoloq Zaur Darabzadə, SMM mütəxəssis Fərhad Ələkbərov və şirkətin baş direktoru Əli Hacızadə çıxış etdilər. Həmçinin, tədbirdə bir sıra şirkətin PR və marketinq mütəxəssisləri də iştirak etdilər. İştirakçılara həm Twitter həm də onun Azərbaycan seqmenti haqqında maraqlı məlumatlar və faktlar təqdim olundu. Bundan əlavə indiyə kimi heç bir yerdə açıqlanmayan Twitter statistika da açıqlandı.

default3default4

Ulker-089

aztwi-1

default10

Bu statistika Hajizade Group-a məxsus olan www.aztwi.com saytı vasitəsilə əldə olunmuş və Twitter-in Azərbaycan seqmentinə aid olan statistikadır.

Sonda Əli Hacızadə qeyd etdi ki, bu tədbir ilk olsa da sonuncu deyil, şirkət bu istiqamətdə daha bir neçə tədbirin keçirilməsini planlaşdırır.