okryd7njus6l7u1h83naTwitter-də insanlar gündəlik həyatda rastlaşdığı bütün məsələləri onları maraqlandıran sualları müzakirə edirlər. Bu dəfə “sığorta” mövzusuna toxunmağa qərara almışıq.

Qeyd edək ki, Hajizade Group şirkətinə məxsus olan www.aztwi.com saytı Twitter-in Azərbaycan seqmentinin araşdırılması, habelə gündəlik, trendlərin, aktiv istifadəçilərin və sair məlumatların müəyyənləşdirilməsi ilə məşğul olan yeganə Azərbaycan resursudur.

Sizə Aztwi-nin qapalı statistikası əsasında “sığorta” mövzusuna həsr olunmuş hesabatı təqdim edirik.

Araşdırmamız 2013-14 – cü illəri əhatə edir

Belə ki, göstərilən müddət ərzində Twitter istifadəçisi olan 487nəfər “sığorta” haqqında toplam 1508 tvit yazıb.

Azərbaycanda əsasən avtomobil sığortasının məşhur olmasını nəzərə alsaq KASKO barədə yazılanlar da maraqlı olar. Belə ki, 29 istifadəçi 62 dəfə “KASKO” haqqında tvit yazıb.